Xatun ombasına silikon vurulduğu iddialarına CAVAB VERDİ: Mənim fiquramdan... - FOTO

28 Fevral 2020 14:39

"And içə bilərəm ki, məndə silikon filan yoxdur"

Milli.Az xəbər verir ki, bu sözləri "Hər şey daxil"də müğənni Xatun Əliyeva onu silikonla xarici görünüşünü gözəlləşdirdiyi iddiaları səsləndirənlərə cavab verərkən deyib.

Müğənni fiqurası ilə bağlı "silikon" iddialarını rədd edib:

"Bu nədir bilmirəm, başım çıxmır da. Hətta məni qınayanlar var ha, sonra gedirlər eyni mənim fiquramdan elətdirməyə çalışırlar. Şəklimi göstərirlər ki, fiquram belə olsun. Bizdə genetik olaraq incəbellik var". 

Məhəmməd Vaqif
Milli.Az