"Yuventus" İkardi üçün danışıqlara başladı

28 Fevral 2020 15:34

"Yuventus" Mauro İkardini transfer etmək niyyətindədir.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, Turin təmsilçisi argentinalı futbolçu üçün PSJ ilə danışıqlara başalyıb.

Hazırda icarə əsasında "İnter"də forma geyinən forvard karyerasına İtaliyada davam edə bilər. Paris təmsilçisi futbolçu üçün "Yuventus"dan 70 milyon avro tələb edir.

Ancaq İtaliya klubu bu rəqəmin çox olduğunu düşünür. Rəhbərlik İkardiyə görə bəlli bir məbləğ və Miralem Pyaniçi təklif etməyi qərar verib.

Milli.Az