Avroliqanın təxirə salınan matçının vaxtı açıqlandı

28 Fevral 2020 20:14

Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində fevralın 27-də Avstriya "Zalsburq"u ilə Almaniyanın "Ayntraxt" (Frankfurt) klubları arasında keçirilməli olan cavab oyununun təxirə salındığını xəbər vermişdik.

Milli.Az sport24.az-a istinadən xəbər verir ki, artıq sözügedən matçın nə vaxt keçiriləcəyi bəllidi.

"Zalsburq"un rəsmi saytının yaydığı məlumata görə, qarşılaşma bu gün - fevralın 28-də keçiriləcək. Oyuna saat 21:00-da start veriləcək.

Xatırladaq ki, sözügedən matç fırtına xəbərdarlığı səbəbindən təxirə salınmışdı. Belə ki, oyunun keçiriləcəyi şəhərdə küləyin sürəti saatda 120 km-ə çatdığı üçün qarşılaşmanın oynanılmamasına qərar verilmişdi.

Qeyd edək ki, Frankfurtdakı ilk görüşdə "Ayntraxt" rəqibini 4:1 hesabı ilə məğlub etmişdi.

Milli.Az