Bakıda rok gecəsi!

18 Aprel 2010 16:44
"Bakı küləyi" konserti Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının Mədəniyyət Departamentinin, "Bizim Gənclik" İctimai Birliyinin və "Bakı küləyi" şirkətinin birgə təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə gerçəkləşəcək.

"Bakı küləyi" şirkətinin sədri Babək Əliyev bildirib ki, konsertdə Azərbaycanın "Milk&Kisses", "Meridian" və "Milan" qrupları iştirak edəcəklər. "Landrmark" hotelinin "Rotunda" konsert zalında təşkil olunacaq rok konserti üç saat davam edəcək.

Konsertdə əsasən Azərbaycan dilində mahnılara üstünlük veriləcəkdir. "Milk&Kisses" qrupu "Black Garaj" qrupunun müşayiəti ilə "Unformal"ın mahnılarını da ifa edəcəkdir. Digər iki qrupun ifasında rokla xalq mahnılarının sintezi səsləndiriləcək.

B. Əliyev deyib ki, konsertin yüksək səviyyədə təşkili üçün ciddi hazırlıq məşqləri gedir.

/AzərTAc/