Suriyada türk hərbçilərə zərbə: Rusiya açıqlama verdi

28 Fevral 2020 10:57

"Türkiyənin hərbçiləri Suriyanın İdlib vilayətində aviazərbələrə məruz qalıblar, çünki onlar Suriya ordusunun mövqelərinə hücum edən müxalifət yaraqlıları arasında olublar".

Milli.Az TASS-a istinadən bildirir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda belə deyilir.

Bəyanata görə, türkiyəli hərbçilər Behun yaşayış məntəqəsinin yaxınlığında aviazərbələrə məruz qalıblar: "Suriya ordusu "Həyat Təhrir əş Şam"ın geniş cəbhə boyu hücuma keçən yaraqlılarına zərbələr endirib. Rusiyanın Hava-Kosmik Qüvvələrinin aviasiyası zərbələrdə istifadə olunmayıb".

Milli.Az