İtdikdən 20 saat sonra tapılan yaşlı kişinin ilk istəyi TƏƏCCÜBLƏNDİRDİ - VİDEO

28 Fevral 2020 11:09

Dənizlidə dağlıq ərazidə yoxa çıxan yaddaş pozğunluğu xəstəsi olan 90 yaşlı kişinin tapıldıqdan sonra ilk istəyi təəccübləndirib.

Milli.Az İHA-ya istinadən xəbər verir ki, eşşək almaq üçün Çivril qəsəbəsinə gedərkən yoxa çıxan Bəkir Kavlak adlı yaşlı kişi təxminən 20 saat sonra meşəlik ərazidə tapılıb. Yaşlı adamın ona tapan şəxslərdən ilk istəyi isə "isti çay" olub.

Tibbi müayinədən keçirildikdən sonra, Kavlakın yaxınlarına təhvil veriləcəyi deyilir.

Məhəmməd Vaqif
Milli.Az