"Ayaks" Avropa Liqası ilə vidalaşdı - VİDEO

28 Fevral 2020 10:49

Avropa Liqasında 1/16 finalın cavab oyunları keçirilir.

Milli.Az xəbər verir ki, "Xetafe" səfərdə "Ayaks"a 1:2 hesabı ilə uduzub.

Məğlubiyyətə baxmayaraq, ilk oyunda 2:0 hesabı qalib gələn İspaniya klubu 1/8 finala yüksəlib.

"Ayaks" (Niderland) - "Xetafe" (İspaniya) - 2:1

Qollar: Danilo, 10, Karel Eytinq, 63 - Xayme Mata, 10
İlk oyun - 0:2.

Milli.Az