Avropanın ən yaxşı braziliyalısı – ilk dəfə qapıçı

28 Fevral 2020 08:28

Avropada çıxış edən ən yaxşı braziliyalı futbolçu müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, "Liverpul"un qolkiperi Alisson Bekker "köhnə qitə"də forma geyinən ən yaxşı "sambaçı" seçilib.

O, 2019-cu ilin yekunlarına əsasən "Qızıl samba" mükafatına layiq görülüb. 27 yaşlı futbolçu bu adı qazanan ilk qapıçı kimi tarixə düşüb.

Qeyd edək ki, "Qızıl samba" 2008-ci ildən Avropada oynayan ən yaxşı braziliyalıya verilir.

Milli.Az