Daha bir ölkədə yeni növ koronavirusa ilk yoluxma halı qeydə alındı

28 Fevral 2020 08:13

Covid-2019 koronavirusuna yoluxma faktı Niderlandda aşkar edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Niderlandın Milli Səhiyyə və Ətraf Mühit İnstitutu məlumat verib.

Bildirilir ki, Tilburq sakininin yaxınlarda İtaliyanın Lombardiya vilayətindən qayıtdıqdan sonra koronavirusa yoluxduğu məlum olub. Hazırda o, karantinə alınıb.

Hazırda koronavirus 41-ə yaxın ölkədə yayılıb.

Milli.Az