İspaniyada təlim-döyüş təyyarəsi qəzaya uğrayıb

27 Fevral 2020 23:56

İspaniyanın Aviasiya Akademiyasının təlim-döyüş təyyarəsi ölkənin Mursia vilayətində qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Krallığın Hərbi Hava Qüvvələrinin "Twitter" səhifsində bildirilir.

Təyyarə La Manqa bölgəsinin sahil yaxınlığında dənizə düşüb. Xilasedicilər pilotun axtarışını aparır. Qəzanın səbəbləri dəqiqləşdirilmir.

Milli.Az