Bakıda dönərxanada yanğın olub

27 Fevral 2020 23:26

Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 18 m² olan dönərxananın tavanı 15 m² sahədə və içərisində elektrik sobası yanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, dönərxananın qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az