Koronavirusa yoluxduğu deyilən Ceki Candan paylaşım - FOTO

27 Fevral 2020 21:08

Məşhur aktyor Ceki Çan koronavirusa görə karantinə alındığı haqqında yayılan xəbərlərə ilk dəfə münasibət bildirib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Ceki Çan həyat yoldaşı və qaynanası ilə karantinə yerləşdirilməsi haqqında yayılan məlumatları rədd edib.

O İnstaqramda bu sözləri yazıb: "Narahat olduğunuz üçün təşəkkür edirəm.

Güvəndəyəm və sağlığımda problem yoxdur. Narahat olmayın, karantində deyiləm".

Milli.Az