"Bilə-bilə Aynurun üstünə getdim" - Nazilə Səfərli

27 Fevral 2020 19:01

Şairə Nazilə Səfərli bir neçə gün öncə aparıcısı olduğu "Ona qalsa" proqramında müğənni Aynur Dadaşova ilə yaşadığı qalmaqala aydınlıq gətirib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, N.Səfərli ifaçıdan pul tələb etməsinin səbəbini açıqlayıb:

"Aynurla ədavətim yoxdur. Sadəcə pulun Ruslanda ( Bəstəkar Ruslan Səfəroğlu - red.) olmasını sübut edə bilmirdim.  Əgər bir qəlbi qırmışamsa, üzr istəməliyəm. Günahın varsa, üzr istəmək böyüklükdür. Üzr istəməyə məni heç kim məcbur edə bilməz. Nə Aynurun sevənləri, nə də bacıları...

Kimdənsə qorxsaydım, o gün narahat olardım. Bu, öz insanlığımdır. Bilə-bilə Aynurun üstünə getdim ki, işin əslinə varım. Çoxlarınız elə bilirsiniz şeir satmışam? Xeyr! Ruslan məndən min manat alıb ki, sənin sözlərinə Röyaya mahnı bəstələmişəm. Pul ver, aranjiman edim, Röya oxusun. Röyanın isə bəlkə heç xəbəri də yoxdur. Uzun illər sonra mahnını Aynura satır, pulu isə mənə vermir. Soruşanda da deyir ki, Aynur pulu verməyib. Yəqin ki, bilirsiniz, bəstəkar kim olur olsun, söz yazarı istəməsə, o mahnını heç kim oxuya bilməz. Mən də Aynurun qəlbini qırdım və bu üsulla həqiqəti üzə çıxardım. Heç kimdən qorxmuram, amma qəlb sındırmaqdan qorxuram. Günahım olmadığı halda heç kim mənə üzr istədə bilməz!

Aynur, haqqını halal et. Hər zaman belə yüksəl! Buna layiqsən! Kimliyindən asılı olmayaraq borclu insandan zəhləm gedir. Adam dürüst olmalıdır".

Qeyd edək ki, sosial şəbəkə istifadəçiləri Nazilə Səfərlinin canlı yayımda Aynur Dadaşovadan pul istəməsini tənqid etmişdilər.

Milli.Az