Qvardioladan rekord göstərici

27 Fevral 2020 18:14

"Mançester Siti" Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Real Madrid"i məğlub edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 2:1 hesabıyla bitən görüş "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola üçün rekordla əlamətdar olub. Belə ki, Madriddəki zəfər ispan mütəxəssisin Çempionlar Liqasının pley-offlarındakı 28-ci qələbəsi olub.

Qvardiola bununla da, Çempionlar Liqası tarixində pley-off mərhələlərində ən çox qələbə qazanan məşqçi olub. 49 yaşlı mütəxəssis bu göstəricidə Joze Mourinyo, Karlo Ançelotti və Aleks Ferqyusonu geridə qoyub.

Milli.Az