Türkiyədə sərnişin gəmisi saya oturdu

27 Fevral 2020 19:39

Türkiyənin Çanaqqala vilayətində, Mərmərə dənizi sahilində sərnişin gəmisi saya oturub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, gəmidə 50-dən çox sərnişin var.

Hazırda sahil-mühafizə xidmətinin xilasediciləri sərnişinləri gəmidən təxliyə edir.

Hadisə nəticəsində xəsarət alan olmayıb, sərnişinlərin həyatına təhlükə olmadığı deyilir.

Milli.Az