İranda koronavirusdan ölənlərin sayı 26-ya yüksəlib

27 Fevral 2020 14:36

İranda indiyədək 26 nəfər yeni koronavirusdan (Covid 19) dünyasını dəyişib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur deyib. 

K.Cahanpurun sözlərinə görə, ötən sutka ərzində 7 nəfər dünyasını dəyişib.

Nazirlik rəsmisi deyib ki, indiyədək İranda bu virusa yoluxanların sayı 245 nəfərə çatıb.

Cahanpur əlavə edib ki, ötən sutkada daha 106 nəfər bu virusa yoluxub.

Qeyd edək ki, İranın Səhiyyə Nazirliyinin rəsmisi ötən gün 139 nəfərin yeni koronavirusa yoluxduğunu, 19 nəfərin dünyasını dəyişdiyini bildirmişdi.

Milli.Az