“Evlənməmiş çoxlu övladlarım var” - Elza Seyidcahan - VİDEO - FOTO

27 Fevral 2020 20:09

ARB TV-nin "Ona qalsa" verilişinin növbəti qonağı əməkdar artist Elza Seyidcahan olub.

Milli.Az bildirir ki, Müğənni bəstələrindən danışarkən maraqlı açıqlama verib:

"Çox mahnılarım var ki, mən onların ifa olunmasına susamışam. Elə bil ki, ana övladlarını dünyaya gətirir, amma evləndirə bilmir. Mahnılar da bizim üçün bir övladdır. Biz əgər bəstələyiriksə, dinləyicilərə çatdırmalıyıq. Məsələn, mən övladlarımı evləndirmişəm, amma evlənməmiş çoxlu övladlarım mənim əsərlərimdir".

Milli.Az