Xaker Qvardiolanın özəl məlumatlarını ələ keçirdi

27 Fevral 2020 17:03

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola xaker qurbanı olub.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, Mançester polisi ispan mütəxəssisin komputerindən bütün şəxsi yazışmaları ələ keçirən, futbolçu nömrələrinə yiyələn bir şəxsin özəl məlumatları 100 min funt-sterlinqə satmağa çalışarkən saxlayıblar.

"Daily Mail"in xəbərinə görə, xaker Qvardiolanın transfer etmək istədiyi futbolçuları və özəl mesajları ələ keçirib. Xaker 49 yaşlı mütəxəssisin e-mail ünvanını ələ keçirdiyini və bunun onun üçün ən asan iş olduğunu qeyd edib.

Polis hadisə ilə bağlı araşdırmanı davam etdirir.

Milli.Az