Kıvançın 200 minlik avtomobili - FOTO

27 Fevral 2020 18:49

Türkiyəli aktyor Kıvanç Tatlıtuğ qarajına daha bir klassik avtomobil əlavə edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi bu dəfə dəyəri 200 min lirə (təxminən, 55 min manat) olan 1968-ci ilin modeli "Chevrolet Impala Fastback" klassik avtomobilini alıb.

Kıvanç yeni avtomobili ilə İstanbulda görüntülənib. Jurnalistlərin suallarını cavablandıran aktyor yeni layihələrinin olduğunu söyləyib.

Milli.Az