“Qəbul edə bilmirəm ki, qızım bizimlə yaşamır” - Dilarə

27 Fevral 2020 16:36

Verilişimlə bağlı təəssüratlar möhtəşəmdir. Reaksiyalar gözəldir və get-getə daha da gözəl olacaq.

Bu sözləri axşam.az-a açıqlamasında "Söhbət var" verilişinin aparıcısı, Əməkdar artist Dilarə Əliyeva söyləyib.

O bildirib ki, layihəni gözəl edən qonaqların rahat olması, əylənməsi və verdikləri enerjidir:

"Görürlər ki, komanda onları qarşılamaq üçün əlindən gələni edir. Məni məmnun edən şeylərin qonaqlarıma da tətbiq olunmasını istəyirəm. Eşitmək istəmədiyim, məni narahat edən hadisələri qonağıma yaşatmıram. Lazım olan informasiyanı qonaqdan almaq üçün nələrsə edirəm. Amma öncədən nəyi sevib-sevmədiklərini də öyrənirəm. Söhbət əsnasında hiss etsəm ki, qonaqla söhbətim yaxşı yerə getmir, o, bundan narahat olur, o zaman mövzunu dəyişirəm".

Milli.Az