Cənubi Amerika superkubokunun qalibi bilindi

27 Fevral 2020 16:14

Cənubi Amerika superkubokunun cavab matçı keçirilib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, ilk görüşdə səfərdə Ekvadorun "İndepentiente del Valie" klubu ilə 2:2 hesablı heç-heçə edən "Flamenqo", doğma azarkeşləri qarşısında rəqibini darmadağın edib. Braziliya təmsilçisi üç cavabsız qolla qalib gələrək, superkubokun sahibi olub.

"Flamenqo"nun qollarını Jerson (2) və Qabriel Barbosa vurub.

Braziliya klubu tarixində ilk dəfə Cənubi Amerika superkubokunu qazanıb.

Milli.Az