Putindən oxşarı ilə bağlı açıqlama

27 Fevral 2020 15:57

Rusiya Prezidenti Vladimir Putin öz oxşarı ilə bağlı iddialara aydınlıq gətirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, V. Putin TASS-a müsahibəsində onu oxşarının əvəzləməsi haqda təklif aldığını etiraf edib.

Rusiya Prezidenti buna səbəb kimi 2000-ci illərin əvvəllərində təhlükəsizlik məsələlərinin əsas gətirildiyini vurğulayıb.

"Bəli, belə bir ideya yaranmışdı, lakin mən bundan imtina etdim. Bu, terrorizmlə mübarizədə ən çətin vaxtlar idi", - V. Putin qeyd edib.

Milli.Az