"Qarabağ"ın futbolçusu ən yaxşı oldu

27 Fevral 2020 15:08

Azərbaycan Premyer Liqasının 2019/2020-ci illər mövsümünün 18-ci turunun ən yaxşı futbolçusu məlum olub.

Milli.Az xəbər verir ki, bu, "Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubirdir. Fransalı futbolçu "Sumqayıt"a qarşı görüşdə (1:0) 90 dəqiqə meydanda olub və açar ötürmə ilə yadda qalıb.

Zubir, Premyer Liqada 17-ci turun da ən yaxşı futbolçusu seçilmişdi.

Milli.Az