Gülümsəyin, cənablar!
18 Aprel 2010 14:32
Bu maraqlı faktı ABŞ-ın Miçiqan ştatının Ueyn Universitetinin alimləri aşkar ediblər.
Araşdırmalar nəticəsində məlum olub ki, şən və təbəssümlü insanlar daha çox yaşayırlar. Hesablamalar göstərmişdir ki, təbəssüm insan ömrünü orta hesabla 7 ilədək uzadır.
Alimlər bu fenomenin nə ilə bağlı olduğuna hələlik cavab tapmayıblar. Lakin hesab olunur ki, təbəssüm insanın daxili harmoniyasını, nikbinliyini və həyata nikbin münasibətini əks etdirir.
/AzərTac/