Federasiya prezidenti rüşvətə görə həbs olundu

27 Fevral 2020 14:24

Kosovo Futbol Federasiyasının prezidenti Aqim Ademi həbs olunub.

Milli.Az sportal.az-a istinadən istinadən xəbər verir ki, o, rüşvət verməyə cəhd etdiyi üçün 9 ay müddətinə azadlıqdan məhrum edilib.

2012-ci ildə Ademi və yaxın dostu daşınmaz əmlakla bağlı saxta sənədlər Priştinadakı bələdiyyədən 30 min avro və ya maşın müqabilində almağa çalışıblar.

Aqim Ademi 2018-ci ildə Kosovo Futbol Federasiyasının sabiq rəhbəri Fadil Vokrrinin qəfil vəfatından qurumun prezidenti olub. 58 yaşlı funksioner daha öncə federasiyada vitse-prezident idi.

Milli.Az