Klub prezidentindən maraqlı açıqlama: “Futbolçularım sekslə çox məşğul olur”

27 Fevral 2020 14:13

Rumıniyanın "Staua" klubunun sahibi Cici Bekali komandasının uğursuz çıxışının səbəbini tapıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 61 yaşlı prezident son üç oyunda komandasının qələbə qazana bilməməsini belə əsaslandırıb: 

"Mənim oyunçularım öz rəfiqələri ilə sevgi ilə həddən artıq çox məşğul olur. Buna görə də onlar son vaxtlar o qədər yaxşı oynamır. ÇFR-in baş məşqçisi Dan Petreskuya baxın. Onun oyunçuları həftədə bir dəfə sekslə məşğul olur. Çünki qadınlarla yalnız həftədə bir dəfə görüşürlər. Əgər komandamızın hücumçusu Florinel Koman oyundan öncə çox istirahət etsəydi... Amma o, başqa işlərlə məşğul idi".

Qeyd edək ki, Buxarest klubu hazırda Rumıniya çempionatında V pillədə qərarlaşıb. Kluj şəhərini təmsil edən ÇFR isə I yerdə qərarlaşıb.

Milli.Az