İkimərtəbəli ev tamam yandı

27 Fevral 2020 14:29

Ucar rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonun Alpout kəndində ümumi sahəsi 400 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az