Gürcüstanda 4 Azərbaycan vətəndaşı karantinə alınıb

27 Fevral 2020 11:21

Ötən gecə Tbilisidə İnfeksion Xəstəliklər Xəstəxanasına daha 10 nəfər yerləşdirilib. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterine Tikaradze məlumat verib. 

Nazir bildirib ki, həmin şəxslərdən 5-i İtaliyadan qayıdıb, onlardan 1-i İtaliya, digərləri Gürcüstan vətəndaşlarıdır. 

Digər beş nəfər isə İrandan qayıdıb. Onlardan 1-i Gürcüstan, 4-ü isə Azərbaycan vətəndaşıdır.

Milli.Az