Suriyada terrorçuluqda ittiham olunan 11 azərbaycanlının məhkəməsi başlayır

27 Fevral 2020 12:06

Suriyada qanusuz silahlı birləşmələrdə döyüşməkdə, terrorçuluqda ittiham edilən 11 azərbaycanlı - Orxan Qurbanov, Samir Qurbanov, Yusif İmanov, Cavid Əmənov, Amin Həsənov, Ələddin İbişov, Tehran Qasımov, Elgün İsmayılov, Əflatun Bayramov, Şəhriyar Cabbarov və Babək Məmmədli barəsində cinayət işinin ibtidai istintaqı başa çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Səbuhi Hüseynovun icraatına verilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Suriyada qanunsuz silahlı birləşmələrdə döyüşməkdə, terrorçuluqda ittiham ediliblər. Onlar Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıblar.

Onlara Cinayət Məcəlləsinin 214.2.6-ci(dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə) maddəsi ilə ittiham verilib.

Milli.Az