Google, son aylarda Play Store üzərindəki nəzarəti gücləndirib. Tətbiqlərin sayının çox olması səbəbilə bəzən Play Store tətbiq mağazasına zərərli tətbiqlər yüklənə bilir. Lakin Google, mümkün olduğu qədər nəzarət etməyə çalışır. Bu günlərdə isə yenə fərqli 12 Android tətbiqində zərərli proqram tapıldı. Check Point adlı kibertəhlükəsizlik şirkətinin Play Store-da etdiyi araşdırmada 2 zərərli proqrama malik tətbiqlər tapıldı və onlardan biri də Joker virusudur.
Milli.Az technote.az-a istinadən bildirir ki, Check Point-ə görə Joker zərərli tətbiqi keçən ay da Play Store-a sızdırılmış və 24 tətbiqə inteqrasiya edilmişdi. İndi isə yenə 12 Android tətbiqində Joker aşkarlandı.
Chech Point şirkətinin rəsmiləri bu zərərli 12 tətbiqin siyahısı yayımladı və əgər yükləmisinizsə təcili şəkildə silməyinizi məsləhət bildilər. Həmçinin kibertəhlükəsizlik şirkəti bu tətbiqləri Google-a bildirdiklərini də qeyd etdilər. Qısa zaman ərzində bu tətbiqlər Play Store-dan silinəcək.
Milli.Az