Çində telefon satışı koronavirusa görə 30 faiz azalıb

3 Mart 2020 23:20

İlk dəfə Çinin Uhan şəhərində aşkarlanan koronavirusdan ölənlərin sayı 2000-i keçib. Virus yalnız insan həyatına deyil, iqtisadiyyat və dünya bazarına da təsir göstərir.

Milli.Az ted.az-a istinadən bildirir ki, virusdan ən çox təsirlənən ölkə olan Çində yanvar ayında telefon satışı 30% zəifləyib. Çin Elm və Texnologiya Akademiyasının məlumatına görə, mobil telefon modelləri ötən ilin yanvarında 32 milyondan artıq gəlir gətirsə də, bu il həmin göstərici 20 milyondan çox olub.

Fevral ayının ilk 2 həftəsində isə ötən illə müqayisədə avtomobil satışları 92% aşağı düşüb. Rəsmi məlumatlarda fevralın sonuna doğru göstəricilərin nisbətən yaxşılaşacağı qeyd olunub. Buna baxmayaraq, ölkədəki avtomobil satışının ötən ilin fevralı ilə müqayisədə 70% aşağı olacağı təxmin edilir.

Qeyd edək ki, Çinin İqtisadiyyat Nazirliyindən yayılan açıqlamada vəziyyəti nisbətən stabilləşdirmək üçün digər dövlət qurumları ilə birgə iş aparılacağı söylənilib.

Milli.Az