Hollivud filmlərinin mənfi obrazları iPhone işlədə bilməzlər

3 Mart 2020 23:50

Artıq siz mənfi qəhrəmanları daha tez tanıyacaqsınız...

"Knives Out"  filminin rejissoru Rian Johnson müsahibə zamanı çox maraqlı fikir səsləndirib.

Milli.Az ted.az-a istinadən bildirir ki, o, müsahibəsində Apple-ın reklam şərtlərindən bəhs edib.

Onun sözlərinə görə, Hollivud filmlərinin mənfi obrazları iPhone işlədə bilməzlər: "Apple şirkətinin nümayəndələri filmdə reklam şərtlərini təqdim edərkən, öncə ssenarini oxuyur. Onlar süjetdə rol alan bütün mənfi obrazlara filmdə iPhone işlətməyi qadağan edir".

Milli.Az