ARDNŞ Türkiyədə zavod tikəcək
18 Aprel 2010 16:25
Bunu jurnalistlərə açıqlamasında ARDNŞ-in emal üzrə vitse-prezidenti David Məmmədov bildirib. Türkiyə qanunvericiliyinə əsasən, ən ciddi yoxlamalardan hesab edilən ətraf mühitə təsir üzrə aparılan ekspertiza zamanı yeni zavodun ekoloji cəhətdən məqsədəuyğunluğu təsdiqlənib. Zavodda emal olunacaq neft məhsulları Türkiyə bazarının yanacağa ehtiyacının ödənməsində əhəmiyyətli rol oynayacaq.
/AzərTAc/