Bakıda kütləvi dava: yaralılar var

27 Fevral 2020 10:15

Bakıda kütləvi dava olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Ş.Mehdiyev küçəsi 559/560 ünvanının qarşısında baş verib. Kütləvi dava zamanı 1977-ci il təvəllüdlü keçmiş məhkum Cavadov Malik Ramin oğlu Bakı sakinləri - 1997-ci il təvəllüdlü Qəmbərli Fərid Xəqani oğlu və 1994-cü il təvəllüdlü Mustafayev İsmayıl Daşqın oğlunu bıçaqlayıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi başlanıb.

Milli.Az