Ticarət mərkəzində qorxulu anlar - Koronaviruslu kişi anidən yerə yıxıldı - VİDEO - FOTO

27 Fevral 2020 11:33

Ticarət mərkəzində qorxulu anlar yaşanıb.

Milli.Az Mirror-a istinadla xəbər verir ki, Londondakı "Canary Wharf" ticarət mərkəzində orta yaşlı kişi dəfələrlə öskürdükdən sonra yerə yıxılıb.

O, koronavirus şübhəsi ilə yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Onun koronavirusa yoluxması barədə rəsmi məlumat verilməsə də, mətbuatda bu barədə iddialar yayılıb.

Qeyd edək ki, olaydan bir gün əvvəl həmin ərazidə yerləşən Şevron kooperasiyası koronavirusa görə işçilərini evə buraxıb.

Emin
Milli.Az