Kənan Berenin doğum gününü belə təbrik etdi - FOTO

27 Fevral 2020 11:11

Türkiyəli müğənni Kənan Doğulu həyat yoldaşı, aktrisa Beren Saatı doğum günü münasibətilə təbrik edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, İnstaqram hesabında Berenin həm tək, həm də onunla bərabər çəkdirdiyi fotosunu paylaşaraq, bunları yazıb:

"Səni sevməyi çox sevirəm, sevgilim. Yaxşı ki, varsan, yaxşı ki, doğulmusan və səninlə yaşamaq fürsətim olub. Daha bir gözəl yaşın olsun, üzün həmişə gülsün".

Qeyd edək ki, fevralın 26-da Beren Saatın 36 yaşı tamam olub.

Milli.Az