İsveçdə daha bir nəfər koronavirusa yoluxub

27 Fevral 2020 12:34

İsveçdə daha bir nəfər yeni növ koronavirusa yoluxub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İsveçin Səhiyyə Agentliyindən bildiriblər.

Qeyd edilir ki, yoluxma faktı İtaliyadan səfərdən qayıdan şəxsdə aşkar edilib.

Xatırladaq ki, İsveçdə ilk yoluxma halı yanvarın 31-i qeydə alınıb.

Xatırladaq ki, yeni növ COVID-19 koronavirusuna yoluxanların sayı ümumilikdə 78,4 mini ötüb, onlardan 2744 nəfəri ölüb, 29,7 min nəfər isə sağalıb.

Milli.Az