“Dərmanlar məni hissizləşdirməyə başlamışdı”

27 Fevral 2020 10:27

"Qazapizm" ləqəbi ilə tanınan repçi Anıl Acar haqqında maraqlı faktlar ortaya çıxıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, repçi 11 il öncə ağır depressiya səbəbi ilə xəstəxanaya yerləşdirilib.

Uzun müddət müalicə alan A.Acar həmin dövrdə psixologiyaya aid kitablar oxumağa başlayıb:

"Müalicə aldığım vaxtlar mahnı sözləri yazırdım. Dərmanlar məni hissizləşdirməyə başlamışdı. Artıq istifadə etməməyə başladım. Mən də psixologiya oxumağa başladım. Həmin vaxtda da "Major depresyon" albomumu təqdim etdim".

Milli.Az