Cənubi Koreyada yeni növ koronavirusa yoluxanların sayı 1595 nəfərə çatıb

27 Fevral 2020 09:09

Cənubi Koreyada daha 334 nəfər yeni növ COVID-19 koronavirusuna yoluxub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzindən bildiriblər.

Məlumata əsasən, koronavirusa yoluxanların ümumi sayı 1595 nəfərə çatıb. Bildirilir ki, yeni yoluxma hallarından 307-ci Tequ şəhərində qeydə alınıb.

Qeyd edək ki, yeni növ COVID-19 koronavirusuna yoluxanların sayı 78,4 mini ötüb, onlardan 2744 nəfəri ölüb, 29,7 min nəfər isə sağalıb.

Milli.Az