Türkiyədə 4,1 bal gücündə zəlzələ olub

27 Fevral 2020 08:58

Türkiyənin Malatya əyalətində 4,1 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yerli vaxtla saat 05:08-də qeydə alınan yeraltı təkanların episentri Pütürge rayonunda, ocağı isə 7 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Milli.Az