Göyçayda birmərtəbəli ev yanıb

27 Fevral 2020 08:23

Göyçay rayonunun Kürdəmiş kəndində ümumi sahəsi 275 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 195 m² sahədə yanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az