ABŞ-ın Miluoki şəhərində (Viskonsin ştatı) pivə istehsalı ilə məşğul olan "Molson Coors" şirkətinin ərazisində atışma olub.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, atışma nəticəsində 5 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.
"ABC" telekanalının məlumatına əsasən, daha əvvəl işdən qovulan şəxs silahla şirkətə qayıdaraq insanlara atəş açıb. Bildirilir ki, cinayətkar 5 nəfəri qətlə yetirdikdən sonra intihar edib.
Milli.Az