Rusiyalı alimlər koronavirusa qarşı peyvəndin beş prototipini hazırlayır

26 Fevral 2020 21:17

"Rusiyalı alimlər koronavirus infeksiyasına qarşı peyvəndin beş prototipini hazırlayır".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Baş Nazirinin müavini Tatyana Qolikova deyib.

Onun sözlərinə görə, bu istiqamətdə iş hazırlıq mərhələsindədir.

"Konkret nəticələr əldə edildikdən sonra, bu barədə məlumat veriləcək", - deyə Baş Nazirin müavini vurğulayıb.

Milli.Az