Türkiyə vətəndaşlarını bu ölkələrə səfər etməməyə çağırdı

26 Fevral 2020 20:59

Türkiyə Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İtaliya və İraqa səfər etməməyə çağırıb.

Milli.Az Yenicag.az-a istinadən xəbər verir ki, məlumatda bildirilib:

"İtaliya və İraqda koronavirusa yoluxma faktlarının artdığını nəzərə alaraq, vətəndaşlarımıza zərurət yaranmadığı təqdirdə bu bölgələrə səyahət etməməyi tövsiyə olunur".

Milli.Az