Yeniyetmə qız dəm qazından boğularaq ölüb

26 Fevral 2020 21:45

Gəncə şəhərində 16 yaşlı qız dəm qazından boğulub.  

Milli.Az APA-ya istinadən xəbər verir ki, şəhər sakini, 2004 cü il təvəllüdlü Rüstəmova Nisə Arif qızı yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

Milli.Az