Bakıda AĞIR QƏZA - Üç avtomobil toqquşdu, 3 nəfər öldü

26 Fevral 2020 20:29

Qaradağda ağır yol qəzası olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonunda "BMW", "Daewoo" və "Fiat" markalı 3 minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Ağır yol qəzasında ölənlərdən ikisinin adı məlum olub.

Nəticədə "Daewoo"da olan sərnişin, 1970-ci il təvəllüdlü Fatimə Arif qızı Quliyeva və "Fiat"da olan, 1995-ci il təvəllüdlü Hikmət Məhəmməd oğlu Lətifov ölüblər. Qəza nəticəsində ölən digər qadının şəxsiyyəti hələlik məlum deyil. 

Milli.Az