"Mançester Siti" məhkəməyə müraciət etdi

26 Fevral 2020 20:04

"Mançester Siti" UEFA-nın verdiyi cəzaya etiraz olaraq İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, bu barədə klub saytı məlumat yayıb.

Məlumatda "şəhərlilər"in komandanın iki il avrokuboklardan uzaqlaşdırılması ilə razılaşmadığı bildirilir. Klub rəhbərliyi bununla yanaşı, UEFA-nın "Manşester Siti"yə verdiyi 30 milyon avro cəriməni də qəbul etməyib.

Qeyd edək ki, "Mançester Siti" 2015-2016-cı illərdə maliyyə feyr-pley qaydalarını pozduğu üçün iki il müddətinə avrokuboklardan qovulub.

Milli.Az