"Çelsi"dən antirekord

26 Fevral 2020 19:39

Çempionlar Liqasının 1/8 finalında Londonda "Bavariya"ya uduzan (0:3) "Çelsi" antirekord müəyyənləşdirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu, "zadəganlar"ın avrokuboklar tarixində ilk böyükhesablı ev məğlubiyyəti olub.

London klubu həm də doğma meydanda Almaniya komandaları ilə qarşılaşmalarda ilk dəfə böyük hesabla uduzub.

Qeyd edək ki, "Bavariya" və "Çelsi" arasında cavab görüşü martın 18-də Münhendəki "Alyans Arena" stadionunda olacaq.

Milli.Az