Səudiyyə Ərəbistanında inqilabi qərar

26 Fevral 2020 18:29

Səudiyyə Ərəbistanında qadın futbol liqası yaradılır.

Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, ilk dəfə yaradılacaq liqa birinci mövsümdə Ciddə, Ər-Riyad və Dəmmam şəhərlərində təşkil olunacaq.

Qeyd edək ki, 2018-ci ilə qədər Səudiyyə Ərəbistanında qadınların stadionlara girişi qadağan idi. Amma şahzadə Məhəmməd ibn Salmanın müdaxiləsindən sonra bu məsələ aradan qaldırılıb.

Milli.Az