Polşada mövsümi qripdən 28 nəfər ölüb

26 Fevral 2020 19:24

Polşada qrip mövsümü başlayandan bəri 28 nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Polşanın Səhiyyə naziri Lukaş Şumovski "RMF FM" radiostansiyasının efirində deyib.

O bildirib ki, 11 min nəfər mövsumi qripdən xəstəxanaya yerləşdirilib.

Nazir vurğulayıb ki, Polşada koronavirusa yoluxma halı qeydə alınmayıb.

Milli.Az